28 klub Messi üçün hərəkətə keçdi

MLS klubları “İnter Mayami”yə transfer olan Lionel Messi üçün hərəkətə keçib.

Metbuat.az xəbər verir ki, Şərq və Qərb konfransında iştirak edən 28 komanda argentinalı oyunçunun daha yaxşı çıxış edə bilməsi üçün dəyişikliklər etmək qərarına gəlib. “SportBible”in məlumatına görə, süni ot örtüyünə sahib olan “Seattle Sounders”, “Portland Timbers”, “New England Revolution Atlanta United” və “Charlotte FC” öz meydançalarının ot örtüyünü dəyişəcək. Klublar təbii ot örtüyünə keçəcək.

Qeyd edək ki, Lionel Messi “İnter Mayami” ilə 2+1 illik 150 milyon avro dəyərində müqavilə imzalayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR