Xəbər verdiyimiz kimi, "Qarabağ" "Linkoln"u 4 cavabsız qolla məğlub edib.
Metbuat.az xəbər verir ki, oyunun 7-ci dəqiqəsində “Qarabağ” klubu hesabı açıb. Abdullah Zubir adını tabloya yazdırıb. Birinci hissəyə əlavə olunmuş vaxtda Azərbaycan çempionu yenidən rəqib qapısına yol tapıb. Bu dəfə Bəhlul Mustafazadə hesab arasındakı fərqi artırıb.
Ağdam təmsilçisi fasiləyə üstün yollanıb – 2:0.
“Qarabağ” ikinci hissəyə də üstün başlayıb. Görüşün 49-cu dəqiqəsində “Qarabağ”ın hücumçusu Redon Cica rəqibi meydanın mərkəzinə dəvət edib. Matçın 62-ci dəqiqəsində Marko Yankoviç Ağdam təmsilçisinin dördüncü topunu “Linkoln”un qapısından keçirib.
Beləliklə, görüş “Qarabağ”ın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.