“Unibank” 35 müştərisini mükafatlandırıb - FOTO

“Unibank” 35 müştərisini mükafatlandırıb - FOTO
15:32 19 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 19 Yanvar 2015 15:29 ]


Bakı. APA-Economics. “ALBALI və ALBALI PLUS kartınızla əməliyyat edin və qazanın” lotereyası çərçivəsində “Unibank”ın 5 müştərisi “İphone 6” mobil telefonu, 30 nəfər isə pul mükafatı qazanıb.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, 2014-cü ilin noyabrın 15-dən 2015-ci ilin yanvarın 5-dək “ALBALI” və “ALBALI PLUS” kartları ilə Azərbaycanda və xaricdə 20 manatlıq və daha çox nağd və ya nağdsız, o cümlədən onlayn əməliyyat edən şəxslər lotereyanın iştirakçısı olublar.

 

Müştərilərinə Yeni il hədiyyəsi hazırlayan “Unibank”dan əsas mükafatı Simuzər Cavadzadə 20 manatlıq alış-veriş etməklə Dubaya 2 nəfərlik səyahət paketi qazanıb. Qalib 1 həftə 5 ulduzlu oteldə istirahət edə biləcək. S.Cavadzadə artıq möhtəşəm Dubay səyahətinə getməyə hazırlaşır: “Mən neçə ildir Unibankın müştərisiyəm. Həyatımda ilk dəfədir ki, lotereyada hədiyyə qazandım və bu hədiyyəni də mənə ALBALI kart qazandırdı. ALBALI kartla həm alış-veriş edirəm, həm də lazım olanda nağd pul çıxarıram. Bu yaxınlarda ad günüm olacaq. Unibank mənə ilk, həm də ən gözlənilməz və qiymətli ad günü hədiyyəsi etdi”.

 

Qeyd edək ki, “Unibank” dünyanın nüfuzlu maliyyə nəşrlərindən olan  “The Banker” jurnalı tərəfindən “İlin bankı” seçilib. “The Banker” jurnalının xüsusi qiymət komissiyasının ekspertləri 2014-cü ilin nəticələrinə görə,  “Unibank”ı pərakəndə müştərilərə xidmət üzrə Azərbaycanda “Ən yaxşı riteyl bank” nominasiyası üzrə mükafatlandırıb.

 

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az)  və yaxud facebook səhifəsində www.facebook.com/unibank.az)  əldə etmək olar.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369601

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR