“Vaqner” muzdluları Belarus ordusu ilə təlimlər keçirir

Rusiya Prezidenti Vladimir Putinə qarşı üsyan edən “Vaqner” muzdluları Belarus ordusu ilə Polşa sərhədinə yaxın ərazidə hərbi təlimlər keçirib.

Metbuat.az xəbər verir ki, bu barədə Belarusun Müdafiə Nazirliyi məlumat verib.

Qeyd edək ki, “Vaqner” və Rusiya arasında gərginlik Belarus Prezidenti Aleksandr Lukaşenkonun vasitəçiliyi ilə həll edilib. Ardınca “Vaner” silahlıları Belarusa yerləşib. Belarusda təxminən 10 min “Vaqner” əsgərinin olduğu qeyd edilir.

“Vaqner”in lideri Yevgeni Priqojin açıqlamasında Ukraynadakı müharibədə iştirak etməyəcəklərini, lakin Afrikada aktiv olacaqlarını bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı