"Youtube"də yeni özəllik - Telefonda bunu etmək olacaq

"Youtube" platforması yeni funksiyanı təqdim edib.

Metbuat.az bildirir ki, artıq yeni özəllik sayəsində telefon və planşetdə videonun üzərinə sıxıb saxladığınız zaman video 2x sürətlə oxunmağa başlayacaq. Bununla da, videonun izləmək istədiyiniz hissəsinə daha asan formada keçid edəbiləcəksiniz.

Qeyd edək ki, daha öncə videonun sonrakı hissələrinə keçmək üçün ekranın sağ tərəfinə toxunmaq lazım gəlirdi. Bu zaman video 10 saniyə irəli gedirdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR