AMB-nin dövriyyədəki notlarının dəyəri 1,5 milyard manatı keçib

Bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) dövriyyədəki notlarının dəyəri ilk dəfə 1,5 milyard manatı keçib.

Metbuat.az bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, notların ümumi dəyəri ötən günlə müqayisədə 67,2 milyon manat artaraq 1 milyard 543,35 milyon manata çatıb.

Xatırladaq ki, AMB ötən il sentyabrın 1-dən yen pul siyasəti həyata keçirir. Bu çərçivədə dövriyyəyə 28 günlük notlarla yanaşı, 84, 168 və 252 günlük notlar da buraxılıb. Hazırda notların illik gəlirliliyi müvafiq olaraq 6,88 %, 8,88 %, 9,17 % və 10,82 %-dir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR