“Qarabağ” - “Rakuv” oyununu alman hakimlər idarə edəcək

UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Rakuv” (Polşa) oyununu idarə edəcək hakimlər bəlli olub.

Metbuat.az xəbər verir ki, avqustun 2-də Bakı Olimpiya Stadionunda keçiriləcək cavab matçı almaniyalı hakimlər briqadasına həvalə olunub.

Matçın baş hakimi Sven Yablonski olacaq. Ona Lasse Koslovski və Eduard Beytinger köməklik edəcəklər. Dördüncü hakim funksiyasını Tobias Reyxel yerinə yetirəcək.

Qeyd edək ki, komandalar arasında ilk oyun iyulun 26-da Polşada keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR