"Ölümündən bir saat əvvəl dediyi bu sözü unutmayacam"

Ölümündən bir saat əvvəl bizə dediyi sözləri unutmayacam: “Nə xəcalət verirsiz? O boyda yolu durub gəlməyə nə ehtiyac vardı axı, ay müəllim?”

Metbuat.az xəbər verir ki, bu sözləri Mir Şahin Ağayev tanınmış jurnalist Natəvan Babayevanın ölümü haqda qeyd edib.

“Ağ ciyərlərinin dibində qalan son hava udumlarını Natəvan nəzakətinə, əxlaqına, kimsəyə narahatlıq verməmək xasiyyətinə sərf etdi! Əlvida, əziz Natəvan! Hamımızın doğması Natəvan! Sözün həqiqi mənasında son nəfəsədək bizimlə olan, son nəfəsini bizə verib gedən Bacımız!

Qəribədi… Mənə elə gəlir ki, bayaqdan aldığım nəfəs mənim deyil”, - Mir Şahin bildirib.

Xatırladaq ki, uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkən aparıcı Natəvan Babayeva bu gün dünyasını dəyişib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR