Kosmosda 10 katrilyonluq sərvət var - Arxasınca gedirlər

ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi dəyəri katrilyonlarla dollar olan meteoritə getmək planını açıqlayıb.

Metbuat.az xəbər verir ki, NASA bu ilin sonunda “16 Psyche” adlı meteoritə enməyi planlaşdırır. Məlumata görə, NASA komandası işləri tamlayaraq meteoritə çata biləcəklərini qeyd edib. Meteoritin üzərində 10 katrilyon dollar dəyərində dəmir, nikel və qızıl olduğu təxmin edilir. Açıqlamada deyilir ki, yüksək metal sıxlığına malik olan meteoritin nüvəsi dəmir, nikel və qızıldan ibarətdir. Mars ilə Yupiter arasında yerləşən və Günəşin peyki olan “16 Psyche”nin dəyərinin dünya iqtisadiyyatının dəyərindən 10 qat çox olduğu iddia edilir.

Alimlər bu meteorit üzərindən nümunələr götürəcək. Aparılan araşdırmalar bizə planetlərin necə əmələ gəldiyi haqqında məlumat verəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR