Daşaltıda hotel və istirahət mərkəzi tikiləcək

Daşaltıda 2,4 hektar ərazidə kənd üslubunda hotel və istirahət mərkəzi tikiləcək.

Metbuat.az xəbər verir ki, hotel kompleksi ikimərtəbəli 10 binadan ibarət olacaq.

    Ümumilikdə 48 nömrədən ibarət olacaq hotel kompleksində restoran, əyləncə və idman-sağlamlıq mərkəzləri, uşaqlar üçün oyun meydançası, istirahət parkı yaradılacaq.

    Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 21-də Şuşa rayonunun Daşaltı kəndinin yenidən qurulması ilə bağlı görüləcək işlərlə tanış olub, burada özəl investisiya hesabına inşa ediləcək yeni yaşayış kompleksinin və turizm obyektlərinin təməlini qoyub.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR