Darine Hjabi Azərbaycanda ulduzu parlayanlardan oldu

Ərəb dünyasının istedadlı fashion dizayneri, “Dareen Ready-to-Wear” brendinin təsisçisi Darine Hjabi Azərbaycanda adından söz etdirdi. Kiçik yaşlarından idmana böyük həvəsi olan fashion dizayner, zamanla başqa qabiliyyətlərini də kəşf edir. Unikal dizaynları ilə ön plana çıxan fashion dizaynerin əl işləri dəb və zərafətin sintezidir.

Onun “Just Be You”adlı ilk moda kolleksiyası özündə 12 orijinal parçabirləşdirirdi. Bu, öz hisslərini dəb vasitəsilə ifadə edən iddialı və cəsarətli qadına ithaf idi. Onun ilk dəfiləsi uğurlu olur vəbu, onun moda sferasındakı mövqeyini müəyyənləşdirir.

İstedadlı fashion dizayner, İtaliyan dizayn və moda İnstitutu de Burgonun məzunudur.

Onun gələcəklə bağlı hədəfi bu sahədə təkmilləşmək və öz brendini gücləndirməkdir.

Darine Hjabi, 2 iyul 2023-cü il tarixində Bakıda baş tutan beynəlxalq “Global Golden People Awards 2023” mükafatlandırma mərasimində “The Skilled Fashion designer of the Year” nominasiyasına layiq görülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR