İstirahət günlərində milli parklarda gözlənilən hava açıqlandı

İstirahət günlərində (iyulun 22-23-də) milli parklarda gözlənilən hava şəraiti açıqlanıb.

Metbuat.az iyulun 22-23-də gözlənilən hava şəraitini təqdim edir:

Samur–Yalama milli parkı

Hava şəraitinin mülayim, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 15-18° isti, gündüz 30-34°isti olacaq.

Altıağac milli parkı

Havanın sabit, əsasən yağmursuz keçəcəyi, lakin 22-də gündüz yağış yağacağı ehtimalı var.
Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 15-18° isti, gündüz 29-34° isti olacaq.

Ağgöl milli parkı

Yağmursuz, sabit hava şəraiti gözlənilir. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 16-19° isti, gündüz 31-36° isti olacaq.

Qızılağac milli parkı

Cənub zonasına yollanmaq istəyənləri sabit, yağmursuz hava şəraiti gözləyir.
Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 19-22°isti, gündüz 31-35° isti olacaq.

Göygöl milli parkı

Hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin 22-də gündüz qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-19° isti , gündüz 22-26° isti olacaq.

Şirvan milli parkı

Havanın sabit, yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 22-24° isti, gündüz 35-38° isti olacaq.

Hirkan milli parkı

Cənub zonasına yollanmaq istəyənləri sabit, yağmursuz hava şəraiti gözləyir.
Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-22°isti, gündüz 31-35° isti olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR