Azərbaycan ət idxalını 6% artırıb

Azərbaycan bu il 21 min 396 ton ət idxal edib.

Metbuat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə ətin idxal dəyəri 40 milyon 449 min ABŞ dolları təşkil edib.

Bu, həcm baxımından 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 1 220 ton (6 %), dəyər baxımından isə 6 milyon 522 min ABŞ dolları (19,2 %) çoxdur.

Xatırladaq ki, ət idxalı Azərbaycanın ümumi idxalının 0,49 %-ini təşkil edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR