DİM Naxçıvanda qəbul imtahanı keçirib

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirib.

Metbuat.az xəbər verir ki, DİM Naxçıvan Regional Bölməsinin müdiri Sabir Məmmədovun verdiyi məlumata görə, imtahanlar saat 10:00-da başlanıb.

Naxçıvan şəhərindəki 5 və 14 nömrəli tam orta məktəblərdə təşkil olunan imtahanlar 40 zalda keçiriləcək.

İmtahanların keçirilməsinə 6 imtahan rəhbəri və 48 nəzarətçi cəlb olunub, 496 abituriyent iştirak edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR