"Xəbər jurnalistləri həqiqət uğrunda mübarizə aparmalıdırlar"

Mən peşəkar, klassik jurnalistikanı sosial və internet-medialardan ayırmaq istərdim. Bunlar iki fərqli fenomendir, hər birinə diqqət və hörmətlə yanaşmaq, lakin bir-biri ilə qarışdırmamaq lazımdır.

Metbuat.az xəbər verir ki, bu barədə “TASS” informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilən “Mediada investisiya və istehlak tendensiyaları” mövzusunda sessiyadakı çıxışında bildirib.

Xəbər jurnalistləri barədə danışarkən M.Qusman deyib ki, onlar üçün yalnız biq qayda mövcuddur – aydın, “zəhərlənməmiş”, düzgün məlumat. “Ən əsası isə dəqiq, etibarlı, saxtalaşdırılmamış və təbliğat xarakteri daşımayan məlumatlardır. Bu zalda bir neçə görkəmli peşəkar xəbər jurnalisti, ən böyük informasiya agentliklərinin rəhbərləri əyləşiblər. Əminəm ki, həmkarlarım da bu mövqeyi bölüşürlər. Biz həqiqət uğrunda mübarizə aparmalıyıq”, - deyə o qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR