"Şuşa Qlobal Media Forumu tamamilə heyranedici oldu" - Nik Pauvel

Tədbir tamamilə heyranedici oldu. Mövzu böyükdür, suallar çoxdur və həll tapmaq çətindir. Mən səmimiyyətlə inanıram ki, medianın üzləşdiyi bəzi çətinliklərin həlli dəyişiklik tempi ilə bağlıdır.

Metbuat.az xəbər verir k, bu fikirləri AZƏRTAC-a açıqlamasında Şuşa Qlobal Media Forumunda iştirak edən “EU analitik” portalının müxbiri Nik Pauvel söyləyib.

“Xüsusilə narahatlıqlar maliyyələşdirilmədə artan çətinliklərdir. İnsanlar müxtəlif xəbər mənbələrinə etibar etməyə meylidirlər. Bu o deməkdir ki, provayderlər dəqiq və qərəzsiz hesabat verməyə davam etmək, pul toplamaq üçün getdikcə daha çox mübarizə aparmalıdırlar”, - deyə N.Pauvel qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR