Qubad İbadoğlu bu maddə ilə ittiham olunur

Xəbər verdiyimiz kimi, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu saxlanılıb.

Metbuat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, partiya sədri ilkin olaraq Cinayət Məcəlləsinin 204.1-ci (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

Hazırda iş üzrə müvafiq istintaq hərəkətləri həyata keçirilir.

Q.İbadoğlunun gün ərzində məhkəməyə çıxarılacağı gözlənilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı