Yeni vəzifə verilən Cavid Paşayev bu icra başçısının qardaşı imiş - FOTO

Xəbər verdiyimiz kimi, Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasına yeni direktor təyin edilib.

Metbuat.az xəbər verir ki, Səhiyyə Nazirliyinin Kollegiyasının müvafiq qərarı ilə Cavid Nazim oğlu Paşayev Klinikanın direktoru vəzifəsinə təyin olunub.

2022-2023-cü illərdə Cavid Paşayev “Yeni Klinika”nın Müalicə işləri üzrə direktorunun birinci müavini, direktor vəzifəsini icra edib.

C.Paşayev könüllü olaraq Vətən Müharibəsində yaralanan hərbi qulluqçulara tibbi yardım göstərilməsində iştirakı, eyni zamanda COVID-19 pandemiyasına qarşı mübarizədə xidmətlərinə görə “Fəxri Fərman”la və “Səhiyyə Əlaçısı” döş nişanı ilə təltif olunub.

Bundan başqa, o, ötən ildən Göygöl Rayon İcra Hakimiyyətinin başçısı postuna oturan Elvin Nazim oğlu Paşayevin qardaşıdır.

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı ELVİN PAŞAYEV VƏZİFƏ  SƏLAHİYYƏTLƏRİNİ AŞMAQDADIR... - Turantv.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR