Kikboksinq üzrə Azərbaycan milli komandasının yeni kapitanı müəyyənləşdi

Kikboksinq üzrə kadet, yeniyetmə və gənclərdən ibarət Azərbaycan milli komandasının yeni kapitanı müəyyənləşib.

Metbuat.az xəbər verir ki, Milli Məclis sədrinin müavini, Azərbaycan Kikboksinq Federasiyasının fəxri prezidenti Adil Əliyev və federasiyanın prezidenti Orxan Əliyev tərəfindən gənclər və yeniyetmələr üzrə dünya və Avropa birinciliyinin qalibi Ramal Zeynallı komandaya kapitan təyin olunub.

Xatırladaq ki, R.Zeynallı Əməkdar məşqçi, kadet, yeniyetmə və gənclərdən ibarət yığma komandanın baş məşqçisi Hikmət Hacıyevin tələbəsidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR