"Real"dan ayrılan Hazardın yeni klubu təəccübləndirdi

“Real Madrid”dən ayrıldıqdan sonra yeni klubu maraq doğuran Eden Hazard üçün yeni iddia ortaya atılıb.

Metbuat.az xəbər verir ki, adı Türkiyə klubları ilə də hallanan Hazardın “Celta Viqo” ilə anlaşdığı iddia edilir. Futbolçunun Selta şəhərində gəzintiyə çıxması bu iddiaların səslənməsinə səbəb olub.

Bildirilir ki, “Selta Viqo” klubu yaranmasının 100-cü ilini qeyd edir. Buna görə də, klub rəhbərliyi ulduz futbolçunu heyətinə cəlb etmək istəyir.

İspaniya mediasının məlumatına görə, iddiaların mediada dərc edilməsindən sonra klub azarkeşləri imza kampaniyasına başlayıb. Azarkeşlər Hazardın kluba cəlb edilməsini istəyir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR