Mbappe transferi bitir - PSJ fantastik təklifi qəbul etdi

Səudiyyə Ərəbistanı klubu “Əl-Hilal” Kilian Mbappe üçün PSJ-yə 300 milyon avro təklif edib.

Metbuat.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano açıqlama verib. Bu rəqəm PSJ-nin 2017-ci ildə Neymar üçün ödədiyi 222 milyon avroluq transfer haqqını xeyli üstələyir. Nüfuzlu jurnalist bildirib ki, PSJ “Əl-Hilal”ın təklifini qəbul edib. Məlumata görə, Səudiyyə Ərəbistanı klubu Mbappeyə illik 700 milyon avro maaş təklif edib. Bu transfer baş tutsa, Kilian Mbappe tarixin ən bahalı futbolçusu olacaq.

Mbappenin təklifi rədd etmədiyi, lakin hələ yekun qərarını vermədiyi iddia edilir. Gələn il Kilian Mbappeni heyətinə qatmaq istəyən “Real Madrid”in fransız hücumçunun bir mövsümlük Səudiyyə Ərəbistanına getməsində maraqlı olduğu iddia edilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR