​Bakı, Sumqayıt və Gəncənin bu ərazilərində parklanma ödənişsiz olacaq

Bakı, Sumqayıt və Gəncədə avtomobillərin parklanmasının ödənişsiz olacağı ərazilər müəyyənləşib.

Metbuat.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 25 iyun 2023-cü il tarixli qərarı ilə təsdiqlənən və sabahdan qüvvəyə minən “Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği”ndə əksini tapıb.

Beləliklə, Bakı şəhəri üzrə IV zonada nəqliyyat vasitələrinin parklanmasına görə ödəniş tələb olunmayacaq. Gəncə və Sumqayıt şəhərləri üzrə isı II zonalarda nəqliyyat vasitələrinin parklanmasına görə ödəniş alınmayacaq.

Ölkənin digər şəhərlərində isə zona prinsipi tətbiq olunmayıb və bu şəhərlərdə avtomobillərin parklanması ödənişsiz olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR