İsmayıllıda evlər və mağazalar yandı - FOTO

İsmayıllı şəhərində baş verən yanğın söndürülüb.

Metbuat.az "Report"a istinadən xəbər verir ki, yanğın havanın küləkli olmasına baxmayaraq yanğından mühafizə bölmələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

***

İsmayıllı rayonunda böyük ərazidə yanğın hadisəsi baş verib.

Hadisə şəhərin Heydər Əliyev prospektindəki yaşayış evlərinin birində qeydə alınıb.

Şəhər bazarının yaxınlığındakı fərdi yaşayış evində baş verən yanğın qısa zaman ərzində böyük ərazini əhatə edib.

Məlumata görə, indiyədək ərazidə 2 ev və 3 mağaza yanıb.

Hadisə yerinə FHN-nin İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin 3 avtomobili və canlı qüvvəsi cəlb olunub.

Hazırda yanğın davam edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR