Şuşa, Hadrut və Xocavənddə elektromobillər üçün şarj stansiyası quraşdırıldı

Şuşada, Hadrutda və Xocavənddə elektromobillər üçün şarj stansiyası quraşdırılıb.

Metbuat.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə Hadrutda qurumun 2023-cü ilin birinci yarısı üzrə görülmüş işlərə dair media nümayəndələri ilə keçirilən görüşündə bildirib.

    "Gələcəkdə "Azərışıq"ın özü də bir müəssisə kimi elektromobillərdən istifadə etməyi planlaşdırır, xüsusən yaşıl enerji zonasında. Yarımstansiyaların yaxınlığında bu cihazları quraşdırmaq enerji mənbələrinə yaxın olduğu üçün asandı. Gələcəkdə yaşıl enerji zonalarında elektromobillər üstünlük təşkil edəcəyi üçün bütün yarımstansiyalarda şarj stansiyaları quraşdırılacaq" - deyə A. Məmmədzadə əlavə edib.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR