Tanınmış aparıcı ilə gizli eşq yaşayan nazir vəzifədən qovuldu - FOTO

Bir müddət ictimaiyyət qarşısına çıxmadığı üçün diqqət çəkən Çinin xarici işlər naziri Çin Qanq vəzifəsindən azad edilib.

Metbuat.az xəbər verir ki, onun yerinə Çin Kommunist Partiyasının Xarici Əlaqələr Komissiyasının direktoru Vanq Yi təyin edilib. “Şinhua” agentliyinin xəbərinə görə, 14-cü Ümumçin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin iclasında qəbul edilən qərarə əsasən Çinin xarici işlər naziri və Mərkəzi Bankın sədri dəyişib. Vəzifəsindən azad edilən Mərkəzi Bankın sədri Yi Qanqın yerinə Pan Qonqşinq gətirilib. Çin sədri Si Cinpin qəbul edilən qərarları təsdiq edən fərmanı imzalayıb.

Qeyd edək ki, keçmiş xarici işlər naziri Qin Qanqın həftələrdir ictimaiyyət qarşısına çıxmaması müzakirələrə səbəb olmuşdu. Qanqın eşq həyatı ilə bağlı diqqətçəkən iddia ortaya atılmışdı. Qanqın bir müddətdir ki, Honq-Konqda diktor işləyən Fu Xiaotian ilə gizli eşq yaşadığı iddia edilib. Qanqın Çin administrasiyası ilə fikir ayrılığında olduğu iddia edilib. Cakartada keçirilən sammitə səhhətindəki problemlərə görə qatılmayan Xiaotian da ictimaiyyət qarşısına çıxmır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR