"Qalatasaray" bu 7 futbolçu ilə yollarını ayırır - ADLAR

"Qalatasaray" klubu bir sıra futbolçusu ilə yollarını ayırmağı planlaşdırır.

Metbuat.az offsideplus.az-a istinadən xəbər verir ki, klub icarəyə göndəriləcək oyunçular daxil olmaqla, 7 ulduzla yollarını ayıracaq.

Fredrik Midtşe və Yusuf Demir icarəyə veriləcək. Klub Yunus Akgün, Emre Kılınç, Aleksandru Çikildeu, Olimpiu Morutan və Berkan Kutlu ilə vidalaşacaq.

Qeyd edək ki, "Qalatasaray" son olaraq Vilfrid Zahanı transfer edib. Klub yaxın günlərdə Mauro İkardi keçidini də açıqlayacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR