Qubada ər boşanmaq istəyən arvadını qətlə yetirdi - VİDEO

Ərindən boşanmaq istəyən qadın qətlə yetirilib.

Metbuat.az xəbər verir ki, hadisə Qubanın Mahmudqışlaq kəndində qeydə alınıb.

Bugün səhər saatlarında 24 yaşlı Rəvanə Güliyevanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Ölən qadının valideynləri bildirir ki, hadisə boşanmaq üstündə olub. Vasif Əliyev iddia edir ki, bir neçə aydır ata evində qalan qızını, onun əri gecə saatlarında gələrək öldürüb.

26 yaşlı Elşad Quliyev hadisədən sonra könüllü olaraq istintaqa təslim olub.

Fakta görə Quba rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Daha ətraflı "Xezer Xeber"in mövzu ilə bağlı hazırladığı videomaterialda:



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR