İllik inflyasiya ilə bağlı Mərkəzi Bankdan AÇIQLAMA

Pul siyasətinə həsr edilmiş ötən iclasdan bəri illik inflyasiya tempi azalmaqda davam edib.

Metbuat.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın bugünkü açıqlamasında qeyd edilir.

Bildirilir ki, iyun ayında əvvəlki aya nəzərən 0.9%-lik deflyasiya qeydə alınıb.

"İllik inflyasiya iyunda 10.6% təşkil edib ki, bu da ötən ilin sentyabr ayında qeydə alınmış son illərin pik səviyyəsi ilə müqayisədə 5 faiz bəndi aşağıdır.

İllik ərzaq inflyasiyası 11.5%-ə enib", - məlumatda vurğulanır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR