Niqora Muminbaevna Azərbaycanda təltif edildi

Müasir dünyada işgüzar qadınların sayı günü- gündən artmaqdadır. Fəaliyyət dairəsini genişləndirən xanımlar beynəlxalq platformalarda söz sahibi olduqlarını nümayiş etdirirlər. Müasir qadın dünya səviyyəsində biznes və müştərilərlə iş sahəsində böyük təcrübəyə malikdir. Onlardan biri də özbəkistanlı işgüzar xanım Niqora Muminbaevnadır.

Öz ölkəsini beynəlxalq arenada uğurla təmsil edən işgüzar xanım 1977-ci ildə Özbəkistanda anadan olub. O, 2001-ci ildə ali tibb təhsilini başa vurub, Hematologiya Elmi-Tədqiqat İnstitutunda fəaliyyətə başlayır. 2011-ci ildən Starmed klinikasında fəaliyyətini davam etdirən Niqora Muminbaevna fəaliyyət sahəsini daha da genişləndirərək 2016-cı ildə “English Campus” adlı tədris mərkəzini təsis edir.

Uğurlu biznes ledinin dünya şöhrətli markalarla biznes ortaqlığı mövcuddur. Belə ki, 2022-ci ildə Dubaydakı OAU, Cambridge ilə ortaqlığı sayəsində o, hazırda fəaliyyət göstərən “Yeni Təhsil” adlı Test Mərkəzini təsis edir.

Niqora Muminbaevna, 2 iyul 2023-cü il tarixində Bakıdabaş tutan beynəlxalq “Global Golden People Awards 2023” mükafatlandırma mərasimində “The Professional Health Entrepreneur of the Year” nominasiyasına layiq görülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR