"Sülhün alternativi yoxdur" - Rusiya XİN

"Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi asan getmir, bunu hamımız çox yaxşı görür və başa düşürük, lakin sülhün alternativi yoxdur".

Metbuat.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib. O qeyd edib ki, bununla bağlı məsələlər, xüsusən də dünən Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşündə müzakirə olunub:

"Biz qeyd edilən təmasların yaxın aylarda baş tutacağını gözləyirik", - o vurğulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı