Laçında növbəti təxribat riski - İrəvandan 19 TIR YOLA DÜŞDÜ

İrəvandan Xankəndiyə göndərilən 19 yük maşınından ibarət yardım kanvoy artıq Laçın sərhəd buraxılış məntəqəsinə yaxınlaşır.

Metbuat.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bildirilib ki, 400 ton yük daşıyan kanvoy sərhədə çatacaq.

Qeyd edək ki, humanitar yardım karvanının ölkəyə daxil olmasına Azərbaycanın icazə verdiyi haqda rəsmi məlumat yoxdur.

Xatırladaq ki, ötən gün Dövlət Sərhəd Xidməti “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qarşı tərəfdən olan girişində iyulun 26-da Ermənistan tərəfindən müxtəlif nəqliyyat vasitələrinin toplanmasını təşkil etməklə nümayişkaranə şəkildə növbəti təxribat əməli planlaşdırılıldığı ilə bağlı məlumat alındığını açıqlamışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR