10 xəstəliyi bir anda kəsən qızılgülün faydaları

Qızılgül və ya qızılgüllə əlaqəli məhsulların istehlakının ürəyin sağlamlığına birbaşa faydası olduğunu göstərən birbaşa elmi dəlil yoxdur. Qızılgüllər əsasən bəzək çiçəkləridir və adətən kosmetika, ətriyyat və kulinariya tətbiqlərində (məsələn, qızılgül suyu və ya qızılgül ətirli yeməklər kimi) istifadə olunur. Güllərin ürək sağlamlığına xüsusi faydaları bilinməsə də, ürək sağlamlığını dəstəklədiyi nümayiş etdirilən digər qidalar və həyat tərzi faktorları var.

Ürəyi sağlam saxlamaq üçün ümumiyyətlə meyvə, tərəvəz, bütün taxıllar, yağsız zülallar və sağlam yağlarla zəngin balanslaşdırılmış pəhrizə riayət etmək tövsiyə olunur. Daimi məşq, sağlam çəki saxlamaq, siqaret çəkməmək, stressi idarə etmək və kifayət qədər yuxu almaq da ürək sağlamlığını inkişaf etdirən mühüm amillərdir.

Qızılgül yağı, qızılgül dəmləməsi qədim zamanlardan müalicəvi vasitə kimi tanınır və geniş istifadə olunur.

Qədimdə sinir sistemi, ağciyər, ürək, böyrək, dəri xəstəlikləri zamanı qızılgüldən hazırlanmış tinkturalar, yağlar, dəmləmələr çox geniş istifadə olunurdu. Dahi Avisennanın elmi əsərlərində qızılgül haqqında məlumatlar, müalicəvi reseptlər var.

Metbuat.az saglamolun.az-a istinadən müalicəvi reseptləri təqdim edir:

1. 1/2 stəkan qızılgül ləçəklərinin üzərinə stəkanın yuxarısına qədər isti su tökün, 30 dəqiqə dəmləyin və bu dəmləməni gün ərzində kiçik qurtumlarla için. Bu dəmləmə ürək, sinir sistemi xəstəlikləri zamanı çox faydalıdır, həzm sisteminə antiseptik təsir göstərir. Angina, stomatit, damaq iltihabları zamanı bu dəmləmə ilə qarqara edin.

2. 1/2 l-lik bankaya qızılgül ləçəkləri yığın. Bankanın yuxarısına qədər ilıq zeytun yağı tökün. Bankanı 14 gün ərzində sərin qaranlıq yerdə saxlayın. 14 gündən sonra yağı süzün. Bu yağ müxtəlif dəri xəstəlikləri, yaralar, yanıqlar zamanı çox yaxşı müalicəvi təsir edir.

3. Baş ağrıları, miqren tutması zamanı kiçik ləyənə qızılgül yarpaqları qoyun, üzərinə isti su tökün. Ləyəni xəstənin yanında qoyun. Ətirli buxar çox yaxşı sakitləşdirir, ağrıları azaldır.

4. Nevroz, stress, depressiya zamanı qızılgül yağı əlavə olunmuş vannalar çox faydalıdır.

5. Kosmetologiyada qızılgül losyonları, maskaları və s. geniş istifadə olunur. Ev şəraitində də belə losyon hazırlamaq olar. 1/2 stəkan qızılgül ləçəklərinin üzərinə stəkanın yuxarısına qədər araq tökün və 10 gün sərin qaranlıq yerdə saxlayın. Sonra losyonu süzün. Belə losyon dərini təmizləyir, dərinin yağlılığını azaldır, rəngini yaxşılaşdırır.

6. Qızılgül çayı çox faydalı müalicəvi və profilaktik vasitədir. İmmun sistemini, ürəyi möhkəmləndirir, sakitləşdirir, iltihabları azaldır.

1 xörək qaşığı təzə və ya 1 çay qaşığı quru qızılgül yarpaqları 1 stəkan isti suda dəmlənilir və adi çay kimi içilir. Çaya bal, limon əlavə etmək olar.

Qızılgülün faydaları:

- ürək-damar sisteminə çox müsbət təsir edir - ürək əzələsini möhkəmləndirir, aterosklerozun qarşısını alır, damarlarda spazmları azaldır, ürək ağrıları zamanı faydalıdır

- sinir sisteminə sakitləşdirici təsir edir, nevroz, stress, depressiya zamanı çox faydalıdır

- mədə-bağırsaq sisteminə antiseptik təsir göstərir, mikrobları öldürür

- immun sistemini möhkəmləndirir

- angina zamanı müalicəvi təsir edir

- baş ağrısını və menstruasiya ağrılarını azaldır

- orqanizmi cavanlaşdırır və tonuslaşdırır

- dəri xəstəlikləri, yaralar, yanıqlar zamanı dərinin bərpasını sürətləndirir

- kosmetologiyada çox geniş istifadə olunur - dərini təmizləyir, cavanlaşdırır, təravətləndirir

- damaqların itihabı, stomatit zamanı qızılgül suyu ilə qarqara çox yaxşı müalicəvi təsir edir

- nəfəs yolları mikroblardan və selikdən təmizləyir .


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR