Bu gün Ofeliya Sənani ilə gənclərin görüşü keçiriləcək

İyulun 27-də Azərbaycan Milli İncəsənət Muzeyində xalq artisti Ofeliya Sənani ilə gənclərin görüşü keçiriləcək.

Metbuat.az xəbər verir ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi, “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “MədəniyyətimİZ” layihəsi çərçivəsində baş tutacaq görüşdə görkəmli diktor və televiziya aparıcısı Ulu Öndər Heydər Əliyevlə bağlı ən maraqlı xatirələrini gənclərlə bölüşəcək.

Tədbir müddətində həmçinin “Azərbaycan televiziyasının və milli mətbuatımızın inkişafında Heydər Əliyev amili”, “Azərbaycan milli mətbuatında müasir publisistikanın inkişaf perspektivləri” və “Müasir televiziyanın günümüzdə nüfuzu və cəmiyyətə təsiri” mövzularında panel müzakirələrin keçirilməsi nəzərdə tutulur. Tədbirin bədii hissəsində gənc musiqiçilərin ifasında milli və xarici klassik musiqi əsərləri təqdim ediləcək.

Qeyd edək ki, “MədəniyyətimİZ” layihəsinin əsas məqsədi “Heydər Əliyev İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin həyat fəaliyyətinin öyrənilməsi, habelə ölkə mədəniyyətinin inkişafı istiqamətində gənclərin iştirakçılığını artırmaqdır.

Görüşdə iştirak etmək istəyən gənclər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://shorturl.at/fwEKX


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR