Mbappe danışıqlardan imtina etdi: Bu ölkəyə getmir

PSJ-nin ulduz futbolçusu Kilian Mbappe Səudiyyə Ərəbistanına getməyəcək.

Metbuat.az bildirir ki, bu barədə "L`Equipe" nəşri yazır. Məlumata görə, "Əl Hilal" klubu Mbappeyə görə PSJ-ə 300 milyon avro təklif edib.

Onlar fransız hücumçu ilə görüşmək üçün Parisə gediblər. Lakin Mbappe "Əl Hilal" rəsmiləri ilə görüşməyib və danışıqlardan imtina edib. Futbolçunun heç vaxt Səudiyyə Ərəbistanı çempionatına keçməyi düşünmədiyi bildirilir.

Qeyd edək ki, Mbappe 2017-ci ildən PSJ-də oynayır. Onun bu yay komandadan ayrılmaq istədiyi və "Real Madrid"lə razılaşması haqda iddialar var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR