Yük maşınlarının içində silah olsa, onda necə olacaq? - Fazil Mustafa

Xəbər verdiyimiz kimi, Ermənistan heç bir qarşılıqlı razılıq olmadan yük maşınlarını Azərbaycanın öz sərhədlərinə nəzarət və Ermənistanın təxribatlarının qarşısını almaq məqsədilə təsis etdiyi Laçın sərhəd-buraxılış məntəqəsinə göndərərək təxribat törədib.

Hazırda dünyanın da diqqətlə izlədiyi bu məsələ barədə deputat Fazil Mustafa Metbuat.az-a bildirib ki, Ermənistanın bu addımı gülüş doğurur:

"Bu olduqca primitiv bir təxribatdır. Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş addımdır. Azərbaycan buna yol verə bilməz. Biz humanitar yardım üçün Ağdam-Əsgəran yolunu müəyyən etmişik. Beynəlxalq təşkilatlar, Qarabağa gəlmək istəyənlər bu yoldan istifadə edə bilərlər. Ancaq Azərbaycan ərazisindən keçib gedə bilərlər. Yardım məsələsində biz yolu vermişik. Ona görə də, hər hansı bir şəkildə yardımın gerçəkləşməsinə imkan verməyəcəyik".

Deputatın sözlərinə görə, əgər konvoy buraxılsa, qarşıdakı günlərdə onların içərisində nə daşınacağı məlum olmayacaq:

"Tutaq biz bu konvoyu buraxdıq, sabah içində silah terrorçulara dəstək üçün verilən materiallar olsa, onda olacaq? Ona görə bu, yolverilməzdir. Azərbaycan öz ərazi bütövlüyünə, suverenliyinə sadiq qalaraq öz problemini başqasının müzakirə etməsinə imkan tanımayacaq. Bu konvoylar da Azərbaycan ərazisinə daxil ola bilməyəcəklər".

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR