Yeni transfer bombası - O da Ronaldonu seçdi

“Bavariya” klubunun hücumçusu Sadio Mane Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna keçir.

Metbuat.az xəbər verir ki, bu barədə italiyalı insayder Fabritsio Romano bildirib.

Onun sözlərinə görə, Sadio Mane “Əl-Nəsr”lə bütün detalları razılaşdırıb. Klublar arasında da razılıq əldə olunub. "Əl-Nəsr" seneqallı forvard üçün 37 milyon avro ödəyəcək.

Qeyd edək ki, Sadio Mane “Bavariya”nın heyətində 38 oyunda 12 qol vurub, 6 məhsuldar ötürmə verib. "Əl-Nəsr"də Kriştiano Ronaldo, Aleş Telleş, David Ospina, Marselo Brozoviç və Taliska kimi tanınmış futbolçular çıxış edirlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR