Veratti fantastik təklifi qəbul etdi

Transferlərlə futbol dünyasının diqqətini cəlb edən "Əl-Hilal" klubu heyətinə daha bir böyük ulduzu qatır.

Metbuat.az xəbər verir ki, "Əl-Hilal" PSJ-nin futbolçusu Marko Verattini razı salıb. "La Gazzetta dello Sport"un məlumatına görə, PSJ-nin fransız ulduzu Marko Verrattiyə 3 il ərzində 156 milyon avro təklif edib. Məlumata görə, Veratti təklifi qəbul edib. Məlumata görə, PSJ hələki təklif qəbul etməyib. Fransa komandası bu transfer üçün ən azı 30 milyon avro tələb edir. PSJ-nin futbol direktoru Luis Kampos “Əl-Hilal”la danışıqları davam etdirir.

Qeyd edək ki, Marko Verattinin PSJ ilə 2026-ci ilə qədər müqaviləsi var. Bundan əvvəl PSJ-nin təklifi qəbul etdiyi barədə məlumat açıqlanmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR