Rabitə qülləsinə qara bayraq asan şəxs həbs edildi

Qanunvericiliyin tələblərinə zidd olaraq, iyulun 28-də günorta saatlarında Sabunçu rayonu Ramana qəsəbəsində rabitə qülləsinə qara bayraq asılması müşahidə olunub.

Metbuat.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, polis əməkdaşları tərəfindən həmin əməli törədən 1983-cü il təvəllüdlü Samid Hüseynov müəyyən olunaraq həbs edilib.

"İnsanların dini etiqad azadlığına dərin hörmətimizi ifadə edərək, vətəndaşlarımızı qanunverciliyin tələblərini anlayışla qarşılamağa çağırır və qabaqcadan təşəkkürlərimizi çatdırırıq. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının qanununa əsasən bütün dini mərasimlər yalnız məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirilməlidir", DİN-in məlumatında deyilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı