“Qadın yıxan evi heç fələk də yıxmaz” - Könül Kərimova

"Qadın yıxan evi heç fələk də yıxmaz. Bunu hər zaman deyirəm. Tarixən də belə olub. Hər zaman deyirəm ki, özünüzü səliqəsiz, mələk üzlü, şeytan cildinə olan qadınlardan qoruyun. Görə-görə gəlirik".

Metbuat.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Könül Kərimova "Özəl" proqramında deyib. Qadınlardan danışan ifaçı onlara səslənib.

Kərimova anasının onu təqnid etməsindən də söz açıb:

"İllər keçdikcə özümlə qürur duydum ki, təhsil almışam. Savadlı müğənni olmaq gözəldir. Anam mənim ifaçı olmağıma çox ciddi yanaşıb. Anamın danlamasından yorulmuşdum. İndi baxıb deyəcək ki, çox gileylənirsən. Amma məni üzüyümün qaşına qədər danlayırdı. Saçını belə dara, bunu bu cür etd. Baxıb bezirdim. Amma xasiyyətim elə idi ki, anam məni məcbur etməsəydi, bu hala gəlib çıxmazdım".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR