86 yaşlı kişi ilə nikah təzələdi: 54 yaşında ilk dəfə gəlinlik geyindi - VİDEO

Türkiyədə 86 yaşlı Mehmet Ağgül və 54 yaşlı Sülbiye Ağgül nikah təzələyiblər.

Metbuat.az xəbər verir ki, onlar 30 ildən sonra yenidən toy ediblər. Yenidən evlənən cütlüyün toyunda bələdiyyə rəsmiləri də iştirak edib. Sülbiyyə Ağgülün ən böyük arzusunun gəlinlik geyinmək olduğunu öyrənən Sivas Bələdiyyə Başçısı Hilmi Bilgin zəlzələdən zərər çəkmiş cütlüyə nikah mərasimi təşkil etməyi tapşırıb. Məlumata görə, onlar 30 il əvvəl evlənərkən, təmtəraqlı toy etməyiblər və Sülbiye Ağgül 30 il əvvəlki nigah mərasimində gəlinlik geyinməyib. Qeyd edək ki, Kahramanmaraşda baş verən zəlzələ nəticəsində Malatyada yaşayan cütlüyün evi zərər gördüyü üçün onlar Sivasdakı müvəqqəti sığınacağa yerləşdirilib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR