"Euronews" Şuşadakı Qlobal Media Forumu ilə bağlı reportaj hazırladı - VİDEO

"Euronews" telekanalı Şuşa Qlobal Media Forumu ilə bağlı “4-cü Sənaye İnqilabı dövründə yeni media” mövzusunda reportaj hazırlayıb.

Metbuat.az-ın məlumatına görə, reportajda qeyd edilir ki, beynəlxalq tədbirdə ekspertlər, sahibkarlar və media nümayəndələri də daxil olmaqla yüzlərlə nümayəndə iştirak edib.

Panel iştirakçıları dezinformasiya, jurnalistlərin təhlükəsizliyi, ənənəvi və yeni media arasındakı fərqlər, AI-nin jurnalistikaya təsirini müzakirə ediblər.

Qeyd edək ki, Şuşa Qlobal Media Forumuna 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb. Həmçinin Forumda 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR