Bakıda küləyin təsirindən 11 ağac sınıb, 19 ağacın budaqları qırılıb - FOTO

Gecə saatlarından etibarən Bakı şəhərində əsən güclü külək ciddi fəsadlara səbəb olmasa da bəzi ağaclara ziyan vurub. Küləyin təsirindən şəhərdə 11 ağac sınıb, 19 ağacın budaqları qırılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirilib.

Qeyd edilib ki, Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları bütün gecəni gücləndirilmiş iş rejimində çalışıblar. Birliyin mobil qrupları operativ şəkildə sınan ağacların kəsilməsini, zədələnənlərin budanlasını və ərazinin təmizlənməsini təmin ediblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR