Tamınmış aparıcı "Space"dən getdi

Tanınmış telejurnalist Ceyhun Səfər "Space” televiziyasındakı işindən ayrılıb.

Metbuat.az xəbər verir ki, bu barədə onun özü məlumat yayıb.

"Bir müddət "Space” TV-də çalışdım. Bu mənim televiziya işimdə ATV-dən sonra 2-ci istiqamət idi. Kanalda aparılan yeniliklər və s. məsələlərdə dostlarıma, həmkarlarıma dəstək olmaq istədim. Mənə elə gəlir ki, hər şey də yaxşı alındı. Amma qərara gəldim ki, bura qədər kifayət edir və öz istəyimlə "Space”dən ayrıldım. Bu il jurnalistika fəaliyyətimin 20, xəbər aparıcısı kimi çalışmağımın isə 16 ili tamam olur. Hesab edirəm ki, bu müddət ərzində qazandığım bilik və təcrübəni "Space”də də əziz dostlarımla birlikdə bölüşə bildim. Onlara uğurlar arzulayıram, doğmasınız, əzizsiniz! Özümə də TV sahəsində gələcəkdə yeni-yeni nailiyyətlər və istiqamətlər arzulayıram. "Space” TV-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edirəm”, - deyə Ceyhun Səfər bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı