Cüdoçularımızdan daha 2 medal

29 iyulda Çinin Sıçuan əyalətinin paytaxtı Çenqduda XXXI Dünya Universitet Oyunları start götürüb.

Metbuat.az xəbər verir ki, cüdo yarışlarının ilk günündə Azərbaycan cüdoçuları 2 bürünc medala sahib olub.

Kişilər arasında -66 kq. çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Yaşar Nəcəfov və qadınlar arasında -48 kq. çəki dərəcəsində yarışan cüdoçumuz Leyla Əliyeva bürünc medal qazanıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR