Hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ

İyulun 30-u axşamdan 31-i gündüzədək bəzi şimal və şərq rayonlarda arabir yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Metbuat.az-a verilən məlumata görə, şərq küləyi bəzi yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.

Bildirilib ki, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR