İkardi yüksək maaşla “Qalatasaray”da - MƏBLƏĞ

Türkiyənin “Qalatasaray” klubu Mauro İkardinin transferini yekunlaşdırıb.

Metbuat.az xəbər verir ki, bu barədə klubunun rəsmi saytı məlumat yayıb.

“Sarı-qırmızılar” argentinalı hücumçu üçün PSJ-yə 4 il ərzində 10 milyon avro təzminat ödəyəcək.

30 yaşlı forvard “cim-bom”la 3 illik müqavilə imzalayıb. Onun illik maaşı 6 milyon avro olacaq.

İkardi son mövsümü icarə əsasında “Qalatasaray”da keçirib. O, komandanın heyətində meydana çıxdığı 26 matçda 23 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Yeri gəlmişkən, PSJ də heyətinə yeni qapıçı cəlb edib. Fransa nəhəngi “Barselona”dan Arnau Tenası transfer edib. Azad agent statusuna malik 22 yaşlı qolkiperlə 3 illik müqavilə imzalanıb. Tenas “Barselona”nın yetirməsi olsa da, Kataloniya klubunun əsas komandasında debüt qazanmayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR