Bakıda qadın sosial sığınacaqda bıçaqlandı

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, hadisə Kürdəxanı qəsəbəsində qeydə alınıb.

Qəsəbədəki sosial sığınacaqda yaşayan Tatyana Ağayeva dava zamanı bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. O, cərrahi əməliyyat olunub.

Onun hansı səbəbdən bıçaqlandığı araşdırılır.

Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları hadisə yerinə cəlb edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR