Devrilmiş prezidentin görüntüsü yayıldı

Niger Prezidenti Məhəmməd Bazum 26 iyul hərbi çevrilişdən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.

Metbuat.az xəbər verir ki, Qərbi Afrika Dövlətləri İqtisadi Birliyinin tələbi ilə Nigerdə vasitəçilik fəaliyyətinə başlayan Çad lideri Mohammed İdris Debi Itno müxtəlif görüşlər keçirib. İtno əvvəlcə çevrilişi təşkil edənlərdən biri Salifou Mody, daha sonra devrilən Prezident Bazum və keçmiş prezident Mahamadou Issoufou ilə görüşüb. İtnonun Bazumla görüşünün fotoları mətbuatda dərc edilib.

Məlumata görə, şəxsi iqamətgahında ev dustaqlığında olan Bazuma telefonla danışmağa icazə verilir. Ev dustaqlığında olan nazirlər də sosial media və beynəlxalq mətbuat vasitəsilə açıqlama verə bilərlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR