Bu gün faciəvi şəkildə ölən məktəblilərin görüntüsü - FOTO

Xəbər verdiyimiz kimi, Sabirabad rayonunun Cavad kəndində üç məktəblini su kanalında cərəyan vurub.

Metbuat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 16 yaşlı Orxan Əlizadə və 12 yaşlı əkiz əmisi nəvələri Nihad və Əjdər Əlizadələr hadisə yerində ölüblər.

Məlumata görə, onlar suya girərkən kanalda quraşdırılmış su nasosu işlək vəziyyətdə olub. Hadisə də nasosun suya verdiyi cərəyanın təsirindən baş verib.

Onlar Cavad kənd 2 nömrəli orta məktəbin şagirdləri olublar. Orxan Əlizadə bu il 11-ci, əmisi nəvələri Nihad və Əjdər Əlizadə isə 7-ci sinifdə təhsil alırlarmış.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR