“Real Madrid”in yeni transferi Arda Gülər dizindən aldığı zədə ilə İspaniya karyerasına uğursuz başlasa da, bu, Madrid cəbhəsində böyük problem olaraq görülmür.
Metbuat.az xəbər verir ki, Ançelotti Ardadan son dərəcə məmnun görünür. “Diario Madridista”nın xəbərinə görə, Ançelotti Ardanı meydana buraxmaq üçün futbolçunun tam hazır olmasını gözləyəcək. Həm məşqçisinin, həm də komanda yoldaşlarının Arda Gülərdən razı qaldığı vurğulanan məqalədə, "Ançelotti Ardanın komandaya keyfiyyət qatan çox əhəmiyyətli futbolçu olacağına əmindir” deyə bildirilir.
Qeyd edək ki, "Real"ın ABŞ düşərgəsindəki məşqində dizindən zədə alan Arda müalicə üçün Madridə qayıdıb. Ardanın əməliyyat olub-olmamasından asılı olaraq meydana qayıtması 3 aydan 5 aya qədər çəkəcək. "Real Madrid"in Vinisius Junior və Rodriqodakı kimi Ardanın əzələ inkişafına diqqət yetirəcəyi bildirilib.